Böyük Britaniyanın "British Airways" şirkətinə məxsus sərnişin təyyarəsində yanğın baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə təyyarənin havaya qalxmaq üçün uçuş zolağına girdiyi zaman baş verib. Yanğın nəticəsində 14 nəfər xəsarət alıb.
Yanğının təyyarənin mühərrik hissəsində baş verən nasazlıq səbəbindən meydana gəldiyi açıqlanıb. Hadisə zamanı təyyarədə 159 sərnişin və 13 heyət üzvü olub.
Samir