Türkiyədə avtomobildə qızı ilə gedən polis əməkdaşı PKK terrorçularu tərəfindən gülələnib.
Teleqraf.com "Hürriyyət"ə istinadən xəbər verir ki, 54 yaşlı Kadri Özkara və 25 yaşlı qızı Haticə Özkara maşınla gedərkən terrorçular yolu kəsib. PKK-çılar geri dönməyə çalışan avtomobilə atəş açıblar. Nəticədə avtomobil yoldan çıxaraq çevrilib, polis əməkdaşı olan Kardri 5 güllə yarası alıb. Yerli camaatın köməyi ilə xəstəxanaya çatdırılan Kadrininin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən öncə xanımı ilə danışan Kadri Özkara təqaüdə çıxmaq üçün sənədlərini verdiyini deyib.
Rüstəm