Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu saymaq olar. Son aylarla müqayisədə idmançılarımızdan geriləyən olmayıb. Belə ki, yeni cədvəldə yenə 4 cüdoçumuz ilk onluqdadır. Onlardan Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) bütün rəqiblərini üstələyərək ilk pillədəki yerlərini qoruyublar. Orxan Səfərovun (60 kq) üçüncü olduğu siyahıda Nicat Şıxəlizadə (66 kq) doqquzuncu yeri tutur.
Digər aparıcı cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 26-cı, Tərlan Kərimov (66 kq) 36-cı, Elxan Məmmədov (100 kq) 24-cü, Uşqanqi Kokauri (+100) 40-cı və Kifayət Qasımova (57 kq) 62-ci pillədə qərarlaşıblar.
Cüdoda Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.