İranın Hörmuzqan əyalətinin Hörmüz adasında rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Trend ISNA-ya istinadən məlumat verir.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 07:08 radələrində baş verib.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.