"İran özünün Suriya siyasətini dəstəkləyən PKK terror təşkilatını müdafiə edir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Afkam deyib.
Onun sözlərinə görə, Türkiyə dərhal PKK ilə masa arxasına oturmalıdır: "Türkiyədəki terror aktları təəssüf doğurur. Türk əsgərləri ilə toqquşmalara tab gətirməyən PKK-çılar İraqa qaçır. Türkiyənin Şimali İraqda hava əməliyyatları həyata keçirməsi qəbuledilməzdir. Bu qonşu ölkənin ərazi bütövlüyünün kobud surətdə pozulmasıdır".
Mərziyə qeyd edib ki, Türkiyə PKK-ya qarşı əməliyyatlara son qoymalı və sülh danışıqlarına başlamalıdır.
Samir