11 Sentyabr 2015 19:33
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə parlamentinin aşağı palatası – Milli Şura böyük səs çoxluğu ilə immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsinin əleyhinə olduğunu bildirib.

Almaniyanın dpa agentliyinin verdiyi məlumata görə, İsveçrə Milli-Mühafizəkar Xalq Partiyası (SVP) tərəfindən təqdim olunmuş qanun layihəsinin əleyhinə 103 deputat, bu layihənin lehinə isə 48 deputat səs verib.

Milli Məclisdə əksəriyyət təşkil edən SVP sığınacaq verilməsi barədə qanunun qüvvəsini ən azı bir il müddətinə dayandırmaq, onu fövqəladə vəziyyət mexanizmi vasitəsilə həyata keçirməyi təklif edirdi. Bu müddət ərzində sığınacaq verilməsi prosedurunun həyata keçirilməsi qadağan edilməli və heç kəs qaçqın kimi tanınmamalı idi. Bu müddətdə ölkənin sərhədlərində sərt nəzarət bərpa olunmalı, lazım gəlsə, bu məqsədlər üçün hətta İsveçrə ordusu da cəlb edilməli idi. Milli-Mühafizəkarlar özlərinin bu təşəbbüsünü onunla izah edirdilər ki, bu gün Avropanın üzləşdiyi güclü miqrant axını, onsuz da hər il çoxlu sayda qaçqın qəbul edən İsveçrəyə də təsir göstərə bilər.

Solçu partiyaların nümayəndələri bu düzəlişləri “insanlığa zidd düzəlişlər” adlandırıblar.


Müəllif:

Oxşar xəbərlər