ABŞ Dövlət katibinin yardımçısı Viktoriya Nuland Rusiyaya qarşı tətbiq olunan sanksiyaların davam edəcəyini bildirib.
"Report" Amerikanın səsinə istinadən xəbər verir ki, Kiyevdə Ukrayna və xarici ölkə siyasətçiləri və iş adamlarının qatıldığı toplantıda çıxış edən ABŞ-ın yüksək səviyyəli diplomatı xəbərdarlıq edib ki, Minks sülh razılaşmasının müddəaları gələcəkdə pozulsa Moskva bunun cavabını verəcək.
"Rusiyaya qarşı sanksiyalar Ukraynada sülh razılığının şərtlərinə əməl olunmayana qədər qüvvədə qalacaq", - deyə Nuland qeyd edib.
Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı Ukraynanın şərqində Rusiya tərəfdarı olan üsyançıları dəstəkləməkdə günahlandıraraq, Rusiyanın hərbi və maddi-texniki dəstəyinin qarşısının alınması məqsədilə iqtisadi sanksiyalar tətbiq edib.