19 Sentyabr 2015 11:47
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama homoseksual oriyentasiyasını gizlətməyən Erik Fenninqə ordu naziri vəzifəsin təklif edib.


Publika.az BBC News-a istinadən xəbər verir ki, ordu nazirinin müavini işləyən Fenninqin namizədliyini yaxın vaxtlarda Senat təsdiqləməlidir.

Erik Fenninq son 25 il ərzində Konqres və Müdafiə Nazirliyində müxtəlif vəzifələr tutub.

Bundan başqa, Fenninq “Gay & Lesbian Victory Fund” təşkilatının rəhbərliyində təmsil olunur. Təşkilatın hədəfi hakimiyyət orqanlarında homoseksualların sayını artırmaqdır. 47 yaşlı Fenninq Pentaqonda “yüksələn ulduz” kimi qiymətləndirilir. Onu ən ixtisaslaşmış mütəxəssislərdən biri adlandırırlar.


Barak Obama Fenninqin çoxillik təcrübəyə və xüsusi liderlik keyfiyyətlərinə malik olduğunu bildirib.


Müəllif: