Türkiyə prezidenti Abdulla Gülün Kütahyada jurnalistlərə verdiyi açıqlama ölkə gündəminə şok təsiri bağışlayıb. O, “Bugünkü şərtlər çərçivəsində gələcəklə bağlı siyasət planımın olmadığımı bildirmək istəyirəm” – deyə bildirib.
Teleqraf.com türk mətbuatına istinadən bildirir ki, növbəti prezident seçkiləri ilə bağlı sualları cavablandıran Abdulla Gül jurnalistlərin sual atəşinə tutulub.
Jurnalistlərin “Putin-Medvedev” müqayisəsi prezidenti çətin vəziyyətə salıb. Suala cavab olaraq “Bu halın demokratiyaya yaraşan bir hal olduğunu demək olmaz. Hazırda bugünkü şərtlər çərçivəsində gələcəklə bağlı siyasi planlarım yoxdur.” - deyən, Gül bunu siyasi arenadakı qarışıqlıqla əlaqələndirib.