İngiltərənin baş naziri Devid Kemeronla bağlı inanılmaz iddialar ortaya çıxıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu iddialar İngiltərənin Mühafizəkarlar partiyasının lideri Lord Aşkroft müəllifi olduğu kitabda əksini tapıb.
Aşkroft Kemeronun keçmiş dostu olub. O, digər dostu Oakeşotla birlikdə Kemeronla bağlı bəzi məsələləri qələmə alıb. "Mənə Deyv de: Qeyri-rəsmi bioqrafiya" adlı kitabda Kemeronun gənclik vaxtlarında uzun müddət içki və narkotik vasitə düşgünü olduğu və Oksford Universitetində fəaliyyət göstərən "Flam" adlı narkotik qrupuna qoşulduğu bildirilib.
Hətta iddialara görə, Kemeron məktəb vaxtı "Piers Gaveston" seks qrupuna üzv olmaq üçün ölü donuzla intim əlaqəyə girib. Bu, "Twitter"də əsas müzakirə mövzularından biri olub.
Bəziləri Aşkroftun bunu intiqam üçün etdiyini bildirib. Onların fikrincə, Kemeron vəzifəyə gəldikdən sonra Aşkrofta yardım etməyib. Bu səbəbdən Akşfotun son 4 ildə dostu Kemeronda intiqam almaq üçün çalışdığı bildirilir.
Samir