23 Sentyabr 2015 17:27
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Türkiyə ilə ikitərəfli münasibətlərin inkişafından razıdır".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında əlaqələr bütün istiqamətlərdə ən yüksək səviyyədədir: "Biz bilirik ki, Türkiyəni yaxın zamanlarda gərgin seçkilər gözləyir. Sizə uğurlar arzulayırıq".

O, həmçinin Moskva cümə məscidinin açılışında iştirak etdiyinə və onun tikintisində Türkiyənin yardım göstərdiyinə görə Ərdoğana minnətdarlığını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər