Türkiyədə PKK terrorçuları bu dəfə Jandarm binasəna hücum ediblər.
Teleqraf.com-un məlumatına görə, binaya dəyərək istiqamətini dəyişən güllələr yaxınlığındakı məktəbin həyətində keçirilən toydakı adamlardan 4-nün yaralanmasına səbəb olub.
Hadisə ötən gün saat 21.00 radələrində baş verib. Bələdiyə sədri Həsən Qaraxan hadisə ilə bağlı bunları deyib:
"Terrorçuların sağa sola atəş açmaları nəticəsində Anadolu Liseyinin həyətində keçirilən toyda 3-ü qadın olmaqla 4 nəfər yaralanıb. Yaralıların həyati təhlükələri yoxdur. Onların Giresun Dövlət Xəstəxanasında müalicələri davam edir".
Təhlükəsizlik tədbirləri həyata keçirən polis jandarm binası və məktəb ətrafındakı vətəndaşları bölgədən uzaqlaşdırıb.
Teleqraf.com fotoları təqdfim edir:
Rüstəm