Bu gün İspaniyanın Kataloniya vilayətində növbədənkənar parlament seçkiləri keçirilir.
Axar.az xəbər verir ki, regionun Madriddən müstəqilliyini əldə etməsini istəyənlər öz səsini verəcək.
Əksər katalonlar seçkilərin nəticələrini müstəqillik yolunda ilk addım kimi görür. Lakin müstəqillik tərəfdarı olanlarla yanaşı bölünməyə qarşı çıxanlar da az deyil.
Rəsmi Madrid isə kataloniyanın İspaniyanın tərkibindən çıxması üçün atılan istənilən addıma görə, Konstitusiya məhkəməsinə müraciət ediləcəyini açıqlayıb.