Ukraynanın cinayətkarlığa qarşı mübarizə şöbəsinin cinayət-axtarış idarəsi Nikolayev şəhərində xüsusi əməliyyat həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı kriminal aləmdə "Qela Tbiliski" kimi tanınan Qela Corca saxlanılıb. Araşdırmalar zamanı onun yerli avtoritetlərlə əlaqələri möhkəmləndirmək üçün bura gəldiyi məlum olub.
Qela dərhal Gürcüstana deportasiya edilib.
İnterpoldan bildirilib ki, 49 yaşlı "vor zakon" törətdiyi ağır cinayətlərə görə müxtəlif dövlətlərin ərazisində dəfələrlə məsuliyyətə cəlb edilib.
Samir