30 Sentyabr 2015 00:38
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Məclisinin 70-ci sessiyasına Balarus prezidenti Aleksandr Lukaşenko 11 yaşlı oğlu Nikolayı nümayəndə qismində gətirib.

Musavat.com-un məlumatına görə, “The Guardian”ın Moskva müxbiri Şon Uoker özünün twitter səhifəsində oğlan uşağının iclas zalında fotosunu yerləşdirib.

Fotoqrafiyadan görünür ki, Nikolay Belarus nümayəndə heyəti üçün nəzərdə tutulan yerlərdən birində oturub.

Belarus liderinin mətbuat xidmətinin məlumatına görə, Lukaşenko öz oğlu ilə Nyu-Yorka səfəri çərçivəsində həmçinin, “11 sentyabr” Milli Memoriala baş çəkərək, memorial önündə əklil qoyub.


Müəllif:

Oxşar xəbərlər