1 Oktyabr 2015 01:30
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş prokuroru Gevork Kostanyan yerli prokurorlara belə bir göstəriş verib ki, onlar müstəntiqlərə bu və ya başqa işlə bağlı şübhəli və ya müttəhim qismində keçən, barələrində qətimkan tədbiri kimi ölkəni tərk etməmək qərarı çıxarılan istənilən şəxsin ölkə hüdudlarını tərk edə bilməməsi üçün pasportlarını əlindən almağa şərait yaratsınlar.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə o, İrəvanda keçirdiyi brifinqdə jurnalistlərin “Vaan Martirosyan necə olub ki, Ermənistan sərhədini keçib və Azərbaycan ərazisində peyda olub” sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ölkə qanunvericiliyinə görə, belə bir zəruri qayda nəzərdə tutulmayıb və pasportu alıb-almamaq müstəntiqin səlahiyyətindədir. “Ancaq belə halların yaşanmamsı üçün mən bu göstərişi vermişəm” - əlavə edib Kostanyan.

Xatırladaq ki, Azərbaycana keçməzdən öncə Martirosyan barədə Ermənistanda böyük məbləğdə oğurluq ittihamı ilə cinayət işi açılıb və qətimkan tədbiri kimi ölkəni tərk eləməmək qərarı çıxarılıb. Bakıya gələndən sonra isə haqqında üstəlik, axtarış elan olunub.


Müəllif:

Oxşar xəbərlər