"Rusiya Suriya hökumətinin siyahısında olan bütün terror qruplaşmalarını vuracaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Putin hücum planını Suriya hökumətinin təqdim etdiyi siyahı üzərində qurub. Peskov bildirib ki, son iki gündə edilən hücumlar da planın tərkib hissəsidir və beynəlxalq prinsiplərə uyğundur.
Qeyd edək ki, son iki gündə Rusiya təyyarələri Homs, Hama və İdlibə 12 hava hücumu həyata keçirib.
Samir