6 Oktyabr 2015 01:37
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə miqrant böhranı ilə bağlı Avropa İttifaqının rəsmiləri ilə danışıqlar aparacaq.

ANS PRESS-in məlumatına görə, Türkiyə hazırda iki milyon suriyalı qaçqının "evidir" və Avropaya səyahət etməyə çalışanlar üçün əsas çıxış mərkəzlərindən biridir.

Müzakirələr zamanı Avropa İttifaqı rəsmilərinin Türkiyədə daha çox düşərgələr üçün maliyyə yardımı təklif edəcəyi gözlənilir. Ərdoğanın isə Suriyada müharibənin dayandırılması üçün Aİ-nin daha geniş iştirakına təkid edəcəyi bildirilir. Türkiyə KİV-nin verdiyi məlumata görə, Avropa İttifaqı rəsmiləri düşərgələrin daha yaxşı olacağı və qaçqınların səhiyyə xidmətinin, iş yerlərinin olması halında sığınacaq axtaranların Türkiyədə qala biləcəyinə ümid edirlər.

Avropa İttifaqınin həmçinin qaçaqmalçılarla mübarizə aparmaq üçün sahil boyu Türkiyənin patrul xidmətinə kömək etmək hüququ tələb edəcəyi də gözlənilir. Avropa İttifaqı maliyyə yardımı ilə yanaşı türkiyəli yolçular üçün viza məhdudiyyətlərini aradan qaldırılması prosesini sürətləndirmək və daha çox suriyalının Avropaya köçürülməsi barədə təkliflər də edə bilər.

Bazar günü Ərdoğan Fransanın Strasburq şəhərində Avropa ölkələrinin miqrasiya siyasətini tənqid edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşdən sonra jurnalistlərə həmçinin Avropa İttifaqına üzvlükdən danışıb.

“Türkiyə Avropa İttifaqı üzvlüyünə namizəddir. Biz regional məsələlər ətrafında müzakirələr aparmalıyıq. Avropa İttifaqının gələcəyini Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Mən Tuskla görüşdə bir daha qeyd etdim ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü bizim strateji seçimimizdir. Xüsusi diqqət isə viza rejiminin ləğvinə yönəldilməlidir”, - deyə Ərdoğan bildirib.


Müəllif:

Oxşar xəbərlər