Bu gün Nəsimi rayon məhkəməsində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun sənətşünas Ənvər Börüsoya qarşı iddiasına baxılacaq. İ.İsrafilov onun fəaliyyətini tənqid edən Ə.Börüsoyu məhkəməyə verib. Teatrın direktoru şərəf və ləyaqətinin alçaldıldığını iddia edir.
Məhkəmədə şahid qismində iştirak edən xalq artisti Nurəddin Mehdixanlı Teleqraf.com-a açıqlamasında qeyd etdi ki, İ. İsrafilovun bu addımını düzgün hesab etmir: “İsrafil İsrafilovun Ənvər Börüsoyu məhkəməyə verməsini səhv addım hesab edirəm. Bu tipli məsələləri məhkəmə ilə həll etmirlər. Sadəcə olaraq, bəzi işlərə diqqət edirlər. Düşünürəm ki, bu məhkəmə bəzi problemlərdən diqqəti yayındırmaq üçündür. Akademik Milli Dram Teatrının direktoru sənətşünası iradlarına görə məhkəməyə verməz. Bu, absurd bir addımdır”.
Qeyd edək ki, Nəsimi rayon məhkəməsində başlayan poses avqust ayından bu günə qədər davam
etməkdədir.
Rəqsanə Həsənova