9 Oktyabr 2015 00:21
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və ABŞ xarici siyasət idarələrinin başçıları – Sergey Lavrov və Con Kerri telefonda Suriya və Ukraynadakı son situasiyanı müzakirə edib.

Musavat.com-un məlumatına görə, bu barədə Rusiya XİN-in saytındakı xəbərdə deyilir.

“Vladimir Putin və Barak Obamanın BMT Baş Məclisi çərçivəsində görüşünün yekunlarına və göstərişlərinə uyğun olaraq xarici siyasət idarələrinin başçıları Suriyadakı vəziyyətin normallaşması yollarının müzakirəsini, o cümlədən Suriyanın hava məkanında insidentlərdən qaçmaq kontekstində davam etdiriblər. Həmçinin, İŞİD və digər terror qruplaşmaları ilə mübarizədə və Suriya böhranının 2012-ci il Cenevrə kommunyukesi əsasında siyasi həll prosesini qabağa aparmaq məsələsində səylərin koordinasiyası diqqət mərkəzində olub” – məlumatda qeyd edilir.

Qeyd edək ki, Rusiya Suriyada hava əməliyyatlarına sentyabrın 30-da başlayıb.


Müəllif:

Oxşar xəbərlər