9 Oktyabr 2015 01:01
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərində ictimai nəqliyyatda baş verən dava ilə bağlı araşdırma davam edir.

Teleqraf.com-un xəbərinə görə, naməlum şəxs səs-küy salan və onu yatmağa qoymayan 3 sərnişini döyüb.

Xəbərə görə, tramvay Lunaçarski küçəsi ilə hərəkət edərkən həmin şəxs yatırmış. Daha sonra oyanan ortayaşlı kişi tramvayda içki içib söhbət edən üç nəfərlə münaqişəyə başlayıb. Opponentləri sakit dayanmaqdan imtina etdikdə isə o, onlara bir neçə zərbə endirib. Bundan sonra isə həmin şəxs onları təpikləməyə başlayıb. Bu zaman o, tramvayın yan şüşəsini də ayaq zərbəsi ilə sındırıb.

Tramvay dayandıqdan sonra isə davanın bütün iştirakçıları dağılışıblar. İnsident müşahidə kamerası ilə lentə alınıb və görüntülər YouTube-də yayılıb.

Jurnalistlər şəhər klinikalarından birinin psixiatrına bu görüntüləri təqdim ediblər. O, həmin şəxsin həddindən artıq aqressiv olduğunu diqqətə çəkib. Psixiatr psixopat davranışlarına görə davakarın təcili və məcburi şəkildə xəstəxanaya yerləşdirilməli olduğunu bildirib.

Yekaterinburq sakini, boks üzrə Avropa çempionu Yevgeni Çuprakov isə aqressorun peşəkar boksçu olduğu barədə fikirləri təkzib edib. Onun sözlərinə görə, həmin şəxs adi avara, uzağı qaydasız döyüşlə məşğul olan şəxsdir. Çuprakov onun zərbələrinin dəqiq olmadığını vurğulayıb və üç nəfərin onu neytrallaşdıra bilmədiyinə təəccübləndiyini deyib.

Lunaçarski küçəsində tramvayların hərəkəti bərpa olunub, həmin tramvay isə yan şüşəsi yenisi ilə əvəzləndikdən sonra xəttə buraxılacaq.

Teleqraf.com hadisə yerindən görüntüləri təqdim edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər