10 Oktyabr 2015 22:10
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) üzvləri ilə təcili müzakirələr aparıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, müzakirələr əsasən Suriyadakı əməliyyatların nəticələrinə həsr olunub.

“Putin TŞ üzvləri ilə operativ müşavirə keçirib. Müşavirədə Suriyadakı situasiya, həmçinin Rusiya HHQ-nin əməliyyatları müzakirə olunub” – Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib.

Onun sözlərinə görə, terrorizm və ekstremizmlə mübarizə mövzusu daha geniş kontekstdə müzakirə edilib. Bundan əlavə, Putin müşavirədə Ankaradakı terror aktı ilə bağlı bir daha Türkiyə xalqına başsağlığı verib.


Müəllif:

Oxşar xəbərlər