14 Oktyabr 2015 15:22
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə başqasının sevgilisinə söz atamağın sonu ölümlə nəticələnib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib.

Polisin məlumatına görə, gənc oğlan sevgilisi, 23 yaşlı Duyğuya söz atan Nihat Güləni öldürüb , daha beş nəfəri isə yaralayıb. Hadisədən sonra Ümid D. həbs edilib.

Hadisə 2015-ci il yanvarın 5-də baş verib. Yoldan maşınla keçən bir qrup oğlan Duyğuya söz atıb. Qız isə başına gələnləri sevgilisi Ümidə danışıb.O, həmin oğlanların yaxındakı restorana girdiklərini bildirib. Ümid sevgilisi Duyğu və yaxın dostu R.A. ilə birlikdə hadisə yerinə gedib. Restorana girən Ümid D. və R.A. tapanaça ilə atəş açmağa başlayıblar. 32 yaşlı Nihat Gülən aldığı güllə yarasından hadisə yerində ölüb. Daha beş nəfər isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı istintaqa başlayan polis Ümid D.-ni, R.A-nı və Duyğunu həbs edib.

Baş vermiş qanlı hadisə ilə bağlı istintaq davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər