14 Oktyabr 2015 16:16
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Rusiya qazından imtina etməsindən söhbət gedə bilməz".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Ali Rıza Alaboyun deyib.

Onun özlərinə görə, Ankara və Moskva arasında energetika sahəsində problem yoxdur: "Rusiya bizim üçün yaxşı təchizatçı, biz isə onun üçün yaxşı alıcıyıq. Biz lazım olan qazın 60 faizini Rusiyadan alırıq. İmtinadan söhbət gedə bilməz. Hansısa məsələdə problem yaranarsa, biz onun həllini tapacağıq".

Qeyd edək ki, ötən il "Qazprom" Türkiyəyə 27,4 milyard kubmetr qaz satıb.

Samir


Müəllif:

Oxşar xəbərlər