BMT Baş Məclisinin bugünkü iclasında qurumun Təhlükəsizlik Şurasının (TŞ) 2016-17-ci illər üçün 5 qeyri-daimi üzvü seçilib. Musavat.com-un məlumatına görə, bunlar Ukrayna, Seneqal, Yaponiya, Misir və Uruqvaydır.
Ukrayna prezidenti Pyotr Poroşenko səsvermədən öncə məsələ ilə bağlı bildirmişdi ki, mövcud təhdidlər səbəbindən ölkəsinin BMT TŞ-yə qəbulu mühüm əhəmiyyət daşıyır.
Ukrayna öz tarixi ərzində artıq üç dəfə BMT TŞ-nin qeyri-daimi üzvü olub – 1948-49, 1984-85-ci illər (hər ikisi SSRİ tərkibində) və 2000-2001-ci il.