16 Oktyabr 2015 02:00
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ona təhkim edilmiş ərazilərdə oktyabrın 25-də azad seçkilərin keçirilməsi üçün hüquq-mühafizə xidmətinin içindən xüsusi təyinatlılar dəstəsinin yaradıldığını bəyan edib. Musavat.com-un məlumatına görə, Sakaşvili deyib ki, “çox yaxşı bir xüsusi təyinatlı dəstə formalaşdırılıb” və sabah onun təqdimatı olacaq.

“Bu – tamamilə yeni, Ukraynanın başqa heç bir regionunda olmayan qurumdur. Onlar seçki zamanı hər hansı qarşıqlıqlara qarşı hazırlaşacaq, məşq edəcəklər. Haradasa gecə qəfildən işığın söndürülməsi, hansısa xırda pozucu hallar və s. daha keçməyəcək. Və ilk dəfə olaraq mən deyə bilərəm ki, Odessada biz azad seçkilərin keçirilməsini təmin edəcəyik”, - deyə Saakaşvili vəd verib.

Onun sözlərinə görə, Odessada seçkilər həmişə saxtalaşdırılıb və bu barədə hamı bu barədə bilib. “Ancaq bu dəfə vətəndaşlar yerli idarə orqanlarına çox geniş namizədlər spektrindən seçə biləcəklər” - əlavə edib qubernator.


Müəllif:

Oxşar xəbərlər