Rusiyanın Yaroslavl şəhərində yerləşən hərbi hissələrdən birində dəhşətli hadisə yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, burada xidmət edən 19 yaşlı əsgər ağır vəziyyətdə Solovyevsk xəstəxanasına gətirilib. Aleksandr Loktionovun hərbi hissədə pəncərədən yıxıldığı bildirilib.
Araşdırmalar zamanı məlum olub ki, əsgərin bədənində təpik zərbələrinin izləri də var. Xəstəxanaya gələn polis Aleksandrı dindirib. Aleksandrın sözlərinə görə, onu pəncərədən hərbi hissənin zabiti atıb: "O, məni döydü. Sonra isə unitazı təmizləməmi əmr etdi. Mən bunu etmədikdə isə o, məni pəncərədən itələdi. Bundan sonrası yadımda deyil".
A.Loktionov 50 gündən sonra hərbi xidmətini başa vuracaqmış.
Faktla bağlı araşdırma aparılır.
Samir