Moskvanın Türkiyə ilə münasibətlərində heç bir problem yoxdur.
Musavat.com-un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 24” telekanalına müsahibəısində iki ölkə münasibətlərindəki mövcud durumu şərh edərkən bildirib.
“Türkiyənin də Rusiya ilə problemi yoxdur. Məncə, kiminlə olsa da bizim Türkiyə ilə ümumiyyətlə, problemimiz yoxdur” – qeyd edib XİN rəsmisi. Onun sözlərinə görə, Rusiya Türkiyə ilə bütün sferalar və istiqamətlər üzrə normal və stabil əlaqələrin inkişaf potensialını görür.
“Bizim fikir ayrılıqlarımız da var. Bir sıra məsələlərə baxışlarımız müxtəlifdir. Ancaq bu normaldır. Çünki biz fərqli dövlətlərik və fərqli maraqlara sahibik” - əlavə edib Zaxarova.