22 Oktyabr 2015 11:48
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının bəzi gizli detalları ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bir saata yaxın davam edən telefon danışığı Putinin təşəbbüsü ilə baş tutub.

Yayılan məlumatlara görə, Putin Suriya prezidenti Bəşər Əsədlə təcili görüşü barədə Ərdoğanı məlumatlandırıb: "Əsəd ölkəsinin gələcəyini düşünür. O, keçid hökumətinin qurulmasına hazır olduğunu dedi".

Ərdoğan isə öz növbəsində Əsədə inanmadığını bildirib: "Uzun müddətdir ki, bunu müzakirə edirik. Sizə dəfələrlə Əsədə inanmadığımızı demişik. Əsəd bununla vaxt qazanmaq istəyir. 2012-ci ildə Əsədə keçid hökumətinin qurulmasını təklif etmişdik. Amma o zaman da bunu rədd etmişdi".

Telefon danışığı zamanı Ərdoğan Suriyadakı Demokratik Birlik Partiyası (PYD) ilə bağlı Putini xəbərdar edib: "Biz PYD-ni terror təşkilatı kimi qəbul edirik. Onlarla əməkdaşlıq etsəz, müttəfiqinizin düşməni ilə əməkdaşlıq etmiş olursuz. Bu məsələdən çox narahatıq".

Söhbət zamanı liderler miqrant problemini də müzakirə edib və "Böyük iyirmilik" toplantısı çərçivəsində ikitərəfli görüş keçirmək qərarına gəliblər.

Qeyd edək ki, bir müddət öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov PYD həmdəsrləri Asya Osman və Enver Müslüm ilə Moskvada görüş keçirib. Görüş zamanı Boqdanov Suriyadkaı bütün etnik qrupların terrorçulara qarşı birləşməsinin vacibliyini bildirib.

Samir


Müəllif: