SSRİ-nin çöküşü XX əsrin faciəsidir. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Mən israr eləməkdə davam edirəm ki, bu – faciədir, ilk növbədə də humanitar xarakterli faciə”, - deyə Kreml başçısı “Valday” diskussiya klubunun iclasında söyləyib.
Rusiya prezidentinin sözlərinə görə, “Sovet İttifaqının parçalanması nəticəsində 25 milyon etnik rus bir anın içində öz iradəsi əleyhinə olaraq xaricdə qalıb”.
“Öz tezisimi bir daha təkrarlamaq istəyirəm ki, rus xalqı dünyanın ən çox parçalanmış xalqına çevrilib. Bu, əlbəttə ki, faciədir” - əlavə edib Putin.