24 Oktyabr 2015 13:56
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PKK terror təşkilatının arxasında 28 dövlət var".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, Ədalət və İnkişaf partiyasından millət vəkilliyinə namizəd Cəmil Çiçək deyib.

Onun sözlərinə görə, Türkiyə hazırda bu ölkələrlə mübarizə aparmalıdır: "Türkiyənin hazırda 3-5 təşkilatla deyil, 28 dövlətlə mübarizə aparması lazımdır. PKK-nın arxasında beynəlxalq güclər dayanır".

Cəmil Çiçək hesab edir ki, Türkiyənin koalisiyon hökumətlə idarə olunması qeyri-mümkündür: "Keçmişdə yaşananları yadımıza salmalıyıq. Türkiyənin koalisiya ilə idarəsi imkanı məhduddur. Hələ çox işlər görülməlidir".

Samir


Müəllif:

Oxşar xəbərlər