24 Oktyabr 2015 14:38
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan ordusuna məxsus hərbi helikopterlər "Taliban" terror təşkilatının mövqelərinə aviazərbələr endirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum Hilmend əyalətində həyata keçirilib. Aviazərbələr zamanı 47 terrorçu öldürülüb.

Əfqanıstan ordusunun nümayəndəsi Məhəmməd Rəsul Zazay bildirib ki, ölənlər arasında "Taliban"ın 5 komandiri də olub.

Samir


Müəllif: