24 Oktyabr 2015 22:58
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyi Türkiyə, Səudiyyə Ərəbistanı və Rusiya ilə birlikdə yaradılacaq koalisiyaya qoşulmaq təklifini rədd edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada ABŞ dövlət katibi Con Kerri, türkiyəli və səudiyyə ərəbistanlı həmkarları ilə dörd tərəfli görüşdən sonra keçirdiyi məlumat konfransında deyib.

Onun sözlərinə görə, Kerri həmçinin, tərəfdaşlarla birlikdə terror təşkilatları siyahısının yenidən tərtib edilməsi ilə bağlı müzakirələrə qatılmaqdan da imtina edib.

Samir


Müəllif:

Oxşar xəbərlər