Avropanın əksər ölkələrindən fərqli olaraq Türkiyə bazar günü oktyabrın 25-də "qış vaxtına" keçməyib, yəni saatların əqrəbi 1 saat geriyə çəkilməyib.
Lakin kompyuter və internetə çıxışı olan digər elektron cıhazlarda saat avtomatik olaraq "qış vaxtına" keçdiyindən hökümətin müəyyən etdiyi rəsmi vaxtla kompyuterlətin keçdiyi "qış vaxtı" arasında müəyyən qarışıqlıq yaranıb.
"Saat neçədi?" sualı bugün Türkiyədə ən tez-tez verilən suallardandır. Türkiyə höküməti "qış vaxtına" keçidi parlament seçkilərindən sonraya təxirə salınıb.
Lakin hökümətin göstərişindən asılı olmayaraq elekton saatlı cihazların saat mexanizmi avtomatik olaraq "qış vaxtına" keçdiyindən qarmaqarışıq vəziyyət alınıb. Nəticədə, Türkiyə #saatkac həştəqi yerli tvitter istifadəçiləri arasında trendə çevrilib.
Digər əksər Avropa ölkələri kimi Türkiyənin də bazar günü "qış vaxtına" keçəcəyi gözlənilirdi, lakin bu baş vermədi. Türkiyə rəsmilərinə görə hazırkı "yay vaxtı" rejimi noyabrın 1-də seçicilərin səsvermə məntəqələrinə gedəcəyi vaxtın günün nisbətən daha işıqlı çağına düşməsinə şərait yaradacaq.