26 Oktyabr 2015 23:13
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çernoqoriya hakimiyyəti Rusiyanı ölkədə hökumət əleyhinə aksiyalar təşkil etməkdə ittihamlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Çernoqoriyanın baş naziri Milo Cukonoviç danışıb.

Onun sözlərinə görə, ruslar serb millətçiləri ilə birgə Çernoqoriyada qarışıqlıq yaratmağa çalışır: "Rusiya Çernoqoriya hakimiyyətinə qarşı etirazların təşkilində fəal rol oynayır. Ancaq hakimiyyət bütün təxribatların qarşısını almaq niyyətindədir".

Qeyd edək ki, oktyabrın 24-də Çernoqoriyanın paytaxtı Podqoritsada parlament binasının önündə müxalifət tərəfdarları ilə polis arasında toqquşma baş verib. Hadisə zamanı 15-i polis olmaqla 24 nəfər yaralanıb. Etirazçılar 1991-ci ildən hakimiyyətdə olan Cukanoviçin istefasını tələb ediblər.

Samir


Müəllif: