Çinin hərbi donanma komandiri ABŞ-dan olan həmkarını "təhlükəli və fitnəkar hərəkətinə" görə xəbərdarlıq edib. Bu, ABŞ-a məxsus hərbi gəminin Cənubi Çin dənizindəki mübahisəli adalara yaxın üzməsindən günlər sonra baş verir.
Admiral Vu Shengli keçirilən video konfransda deyib ki, belə xırda hadisələr müharibəyə səbəb ola bilər, Donanmanın bəyanatında deyilir.
ABŞ isə əksinə, danışıqların məhsuldar keçdiyini bildirib. Çinin Cənubi Çin dənizindəki adalara olan iddiaları ilə onun Asiyadakı qonşuları razılaşmır. Cümə axşamı beynəlxalq Arbitraj paneli qərara alıb ki, Filippinin Çinlə həmin dənizdə olan adaların birinə dair mübahisəsini araşdıracaq.
Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsi Çinin mübahisənin suverenlik uğrunda olması argumentini rədd edib. Belə halda Çinin xarici işlər nazirinin müavini Liu Zhenmin deyib ki, Çin arbitraj məhkəməsində iştirak etməyi qəbul etməyəcək.
Son illərdə Çin bəzi sualtı qayalarda meliorasiya işləri apararaq tikinti layihələri həyata keçirir, bu isə ABŞ-ın Çini bu işləri dayandırması çağırışlarına səbəb olub. Çin isə bəyan edib ki, suveren hüquqlarına əsasən qanunauyğun hərəkət edir.