31 Oktyabr 2015 09:54
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rusiyalı siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan Şadid Qubaşov ona təklif olunan vəkil Mamed Hadisovdan imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb. Daha əvvəl Boris Nemtsovun qətlində şübhəli bilinən Anzor Qubaşovun izlərinin avtomobildə tapıldığı xəbər verilmişdi. Amma həmin avtomobildə qətldə ittiham olunan digər şəxslər Şadid Qubaşov və Həmzət Baxayevə məxsus hər hansı bir iz tapılmayıb.

Qeyd edək ki, Moskvanın mərkəzində qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsovun qatilləri Şimali Qafqaz əsilli şəxslərdir.

Boris Nemtsov fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında güllələnib.


Müəllif:

Oxşar xəbərlər