7 Noyabr 2015 10:00
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda vəba (xolera) xəstəliyinə yoluxanların sayı 2 200 nəfəri keçib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda BMT baş katibinin təmsilçisi Stefan Düjarrik məlumat verib.

Onun sözlərinə görə, BMT-nin Uşaq Fondu (UNİCEF) xəstəliyin yağışla daha geniş miqyasda yayılacağından ehtiyat edir.

İraqda vəba bu il sentyabrın ortalarında baş qaldırıb. Xəstəliyə yoluxanlar daha çox ölkə paytaxtı Bağdadda və Babil əyalətlərində qeydə alınıb.

Həkimlərin fikrincə, xəstəlik yararsız sudan və ya ərzaqdan istifadə səbəbindən yayılıb.


Müəllif: