9 Noyabr 2015 01:23
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhz İsrail oktyabrın 31-də Sinay yarımadasında qəzaya uğramış Rusiya avialayneri haqda qiymətli informasiyaya malikdir. Yeni hesabatlar bunu sübut edir. Musavat.com-un məlumatına görə, bu barədə CNN xəbər verib.

Məmurlar öncə baş aça bilmirdilər ki, ötən həftə baş verən qəzaya nə səbəb olub, hazırda isə hesab edilir ki, Rusiya sərnişin gəmisinin baqaj hissəsinə bomba qoyulub. Bu versiya İŞİD üzvlərinin hadisəyə görə bir-birini öyməsini əks etdirən telefon danışıqları ilə möhkəmlənməkdədir.

ABŞ rəsmisinin sözlərinə görə, İsrail kəşfiyyatı məhz bu telefon danışıqlarını ABŞ və Böyük Britaniyaya təqdim edib. İsrail məmurları bu informasiyaları şərh etməyiblər.


Müəllif: