30 Noyabr 2015 13:42
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın prezidentinin Türkiyə ilə bağlı xüsusi iqtisadi məhdudiyyətlərin tətbiq olunması qərarına həsr edilmiş "Politika" proqramında qalmaqal baş verib.

Müzakirələr zamanı Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski və erməni əsilli ekspert Qevork Mirzayan arasında mübahisə düşüb.

Jirinovski Mirzoyana üzünü tutaraq bildirib ki, Ermənistana getsin və Moskvada oturub ruslara göstəriş verməsin: "Bizə nə etmək lazım olduğunu bildirməyin. Kim ki, Ermənistanda yaşamır - onlar satqındırlar. Vətəninizə qayıdın".


BAKU.WS


Müəllif: