7 Dekabr 2015 08:18
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) konstitusiya dəyişikliyi ilə bağlı keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, islahatlara seçicilərin 74,87% -i “hə” deyib. 22,31% seçici isə islahatların əleyhinə səs verib.

Məlumata görə, səsvermədə 1 milyon 296 min 368 seçici iştirak etib. Bu isə ölkə əhalisinin 50,51%-nin seçkilərdə iştirak etməsi deməkdir.

Hakimiyyətin təklif etdiyi dəyişikliklərdən sonra ölkə prezidentinin rəhbərlik dövrü əvvəlki kimi 5 il deyil, 7 il olacaq. Bundan başqa prezident ümumxalq səsverməsi ilə seçilməyəcək. Onu parlament deputatlarından və yerli idarəetmə orqanlarından təşkil edilmiş xüsusi qrup seçəcək.

Hazırda səsvermənin nəticələrinə görə, Serj Sarkisyan qalib görünür. Amma bir neçə ay ərzində ölkə əhalisi keçirilən referendum etiraz edirdilər. "İrs", Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqresi", ölkənin keçmiş prezidenti Robert Koçaryan seçkilərin əleyinə mitinqlər təşkil edirdilər. Dekabrın 1-dən Ermənistanda referendumla bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar bildiriblər ki, cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq.


Müəllif: