Rusiya prezidenti Vladimir Putin Böyük Britaniya Baş naziri Devid Kemeron ilə telefon əlaqəsi saxlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı liderlər Yaxın Şərqdə təhlükəsizliyin bərpası məsələsini müzakirə ediblər: "Liderlər İŞİD və digər terror təşkilatları ilə mübarizə və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb".
Qeyd edilib ki, telefon söhbəti Britaniya tərəfinin təşəbbüsü ilə baş tutub.
Samir