Fransız polisi Paris hücumlarındakı terrorçulardan daha birinin şəxsiyyətini müəyyən edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, polis hücumlarda iştirak edən üçüncü intiharçının 23 yaşlı Fuad Muhammed Aggad olduğunu bildirib. Aggad Strazburqda anadan olub.
Le Parisien qəzetinin məlumatına görə, Aggad 2013-cü ildə qardaşı ilə Suriyaya gedibmiş.
Xatırladaq ki, Paris hücumları zamanı 130 nəfər dünyasını dəyişib.
Polis daha əvvəl iki intiharçı terrorçunun Ömər İsmail Mostefai və Samy Amimour adlarını açıqlamışdı.
Hücumları planlaşdıran terrorçulardan biri olan Saleh Abdeslamın axtarışları davam edir.
Rüstəm