10 Dekabr 2015 12:39
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-da prezidentliyə namizəd Donald Trampın müsəlmanların bu ölkəyə girişini qadağan etməsi ilə bağlı çağırışını tənqid edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Əli "CBS News" telekanalına açıqlama verib.

Onun sözlərinə görə, İŞİD terrorçularının nümayiş etdirdiyi zorakılıq İslama ziddir: "Həqiqi müsəlmanlar bilir ki, terrorçuların tətbiq etdiyi amansız zorakılıq İslam dininin prinsiplərinə ziddir. Mən hesab edirəm ki, siyasi liderlərimiz İslam dini anlayışını çatdırmaq üçün addımlar atmalıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər