13 Dekabr 2015 19:44
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Egey dənizində Rusiya və Türkiyə gəmiləri arasında silahlı insident baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Egey dənizi ilə hərəkət edən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Smetlivıy" gözətçi gəmisi Türkiyəyə məxsus balıqçı gəmisinin ona yaxınlaşdığını qeydə alıb. Hərbi gəmi yaxınlaşmaqda olan seyner ilə toqquşmadan yayınmaq üçün atıcı silahdan atəş açmaq məcburiyyətində qalıb. Yalnız bundan sonra Türkiyə seyneri hərbi gəmidən uzaqlaşmağa başlayıb. İnsidentlə əlaqədar olaraq Türkiyənin hərbi attaşesi təcili olaraq Rusiyanın Müdafiə Nazirliyinə çağırılıb. "Egey dənizində baş vermiş insidentlə əlaqədar olaraq müdafiə nazirinin müavini Anatoli Antonov Türkiyənin Rusiyadakı səfirliyi yanında fəaliyyət göstərən hərbi attaşeni Müdafiə Nazirliyinə çağırıb", - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi bildirir ki, seyner əlaqə yaratmaq cəhdlərinə cavab verməyib.


Müəllif:

Oxşar xəbərlər