Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Egey dənizindəki insidentlə bağlı balıqçıları dinlədikdən sonra bəyanat verəcək. Musavat.com-un məlumatına görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O, Rusiyanın bəyanatından xəbərdar olduğunu, lakin nəticəni balıqçılarla söhbətdən sonra edəcəyini söyləyib.
Onun sözlərinə görə, Ankara eskalasiyanın əleyhinədir, ona görə də insident danışıqların predmeti olmalıdır.
Xatırladaq ki, Rusiya döyüş gəmisi Egey dənizində Türkiyənin balıqçı gəmisi ilə toqquşmamaq üçün ona tərəf atəş açıb. Məsələ ilə bağlı həmçinin, Türkiyənin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.