14 Dekabr 2015 13:58
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya məxsus Su-24 qırıcısının vurulması ilə Moskva və Ankara arasında artan gərginlik səngimək bilmir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Moskva Ankaranı Qara dənizdə Rusiyaya məxsus gəmilərə mane olmaqda ittiham edib.

İddialara görə, Türkiyəyə məxsus gəmi Rusiya ərazi suları daxilində "Çernomorneftqaz" şirkətinin buruq quraşdırmasına maneçilik törətməyə çalışıb: "Gəmi karvanının keçdiyi ərazidə Türkiyə bayrağı ilə üzən sərnişin gəmisi peyda olub. Türk gəmisi beynəxalq qaydaları pozaraq, karvana yol verməyib və qarşı tərəfə keçərək, qəza şəraiti yaradıb. Sərnişin gəmisi çağırışlara cavab verməyib".

Hadisə zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd gözətçi kateri və rus krayserinin təzyiqi ilə Türkiyəyə məxsus gəmi istiqamətini dəyişməyə məcbur olub.

Türkiyə tərəfi isə məsələ ilə əlaqədar hələlik heç bir məlumat verməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər