"Ukraynada yaratdığı böhrana görə Rusiyaya qarşı sanksiyalar düzgün addım idi".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
Onun sözlərinə görə, ancaq buna baxmayaraq, Almaniya Rusiya ilə münasibətləri korlamaq niyyətində deyil: "Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar irəli sürdü və bəyan etdi ki, qadağalar "Minsk" razılaşmaları yerinə yetirildikdən sonra qaldırılacaq. Bu məsələ Avropa İttifaqı liderlərinin dekabrdakı görüşündə yenidən müzakirə ediləcək. Mənim fikrimcə, Rusiya ilə yaxşı münasibətləri saxlamağımıza baxmayaraq, bu doğru addım idi".
Samir