Rusiya prezidenti Putinin rəsmi Ankaranı İŞİD-lə əməkdaşlıq etməkdə ittihamlarını dəstəkləyən “Anonymous” xaker qrupu Türkiyəyə müharibə elan edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 14-dən davam edən hücumları “Anonymous” haker qrupu öz üzərinə götürüb.
“Anonymous” xaker qrupunun yaydığı videoda “Türkiyə onlardan neft alır və üzvlərini xəstəxanalarında müalicə edərək İŞİD-ə dəstək verir. İŞİD-ə dəstəkdən əl çəkməsəniz, hücumlarımız davam edəcək” sözləri yer alıb.
Qeyd edək ki, dekarın 14-dən bəri “tr” sonluqlu 400 mindən çox sayta haker hücum olub.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm