Ankaradan Başikadakı hərbi qüvvələrini geri çəkməsini istəyən İraq hökuməti Türkiyədən yağ ixracını azaltmaq niyyətindədir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunun qarşılığında İraq Ermənistanla yağ ixracına dair razılaşma imzalamağı planlaşdırır. Rəsmi Bağdad məsələ ilə bağlı İrəvanla danışıqlara başlayıb.
Məlumatlara görə, İraq ticarət naziri Məhəmməd əl-Sudani Ermənistanın bu ölkədəki səfiri Karen Qriqoryan ilə görüşüb. Bununla bağlı Ermənistan səfirliyi məlumat yayıb. Görüş zamanı iki ölkə arasında yağ idxalı ilə bağlı ilkin razılıq əldə edilib.
Qeyd edək ki, İraq son 7 ildə yağa olan tələbatı tamamilə Türkiyənin hesabına ödəyir.
Samir